media-inshot_20260120_230418121

Kiyevdə bir milyondan çox istehlakçı elektrik enerjisiz qalıb”.

Patrul.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə davam edən müharibə səbəbindən bəzi bölgələrin ağır vəziyyəti barədə danışarkən deyib.

Prezident vurğulayıb ki, bütün məmurlar, yerli hakimiyyət orqanları, dövlət şirkətlərinin və enerji müəssisələrinin rəhbərləri Ukraynanın şəhər və kəndlərində, bərpa və qorunmaya ehtiyac olan ərazilərdə fəaliyyət göstərməlidirlər.

“Bu axşama qədər təkcə Kiyevdə bir milyondan çox istehlakçı elektrik enerjisindən məhrumdur. Xeyli sayda yaşayış evi, o cümlədən 4 mindən çox çoxmənzilli bina istiliksiz qalıb”, – deyə Zelenski bildirib.

O qeyd edib ki, oxşar çətin vəziyyət Zaporojye şəhərində də davam edir:

“Dronlar gün ərzində şəhər üzərində uçuşlar həyata keçirib. Mən əlavə avadanlıq və daha çox heyətin göndərilməsi ilə bağlı tapşırıqlar vermişəm. Logistikanın dəyişdirilməsi üçün konkret göstərişlər mövcuddur. Müdafiə Nazirliyi bu məsələ ilə məşğuldur”, – deyə Zelenski əlavə edib.

Xatırladaq ki, Rusiyanın hücumlarından sonra Kiyevdə mənzil fondunun təxminən üçdə biri – 4 minə yaxın çoxmərtəbəli bina istilik təchizatından məhrum qalıb.


Bənzər xəbərlər