media-inshot_20250722_192029414

Əvvəllər həyatının mərkəzində olan bir insanı unutmaq asan deyil. Amma bu, mümkündür – sadəcə qəbul etmək, özünə dürüst olmaq və irəliyə baxmaq lazımdır.

Patrulaz.az köhnə sevgilini unutmaq üçün 5 effektiv üsulu sizə təqdim edir:

Bitdiyini qəbul et

media-inshot_20250722_192337948

Unutmağın ilk mərhələsi inkar yox, qəbuldur. “Bəlkə qayıtdı, bəlkə mesaj yazdı” düşüncələri sadəcə vaxtını uzadır. Ağrını qəbul et, çünki bu ağrı keçəcək. Amma ona möhtac yaşamaq – bu, artıq özünə zülmdür. Keçmişdə ilişib qalsan, gələcək sənə heç vaxt çatmayacaq.

Əlaqələri və xatirələri təmizlə

media-inshot_20250722_191837837

Telefonundakı mesajlar, şəkillər, sosial şəbəkə profilləri… Bunlar hər dəfə gördükcə beynində “o var” siqnalını aktiv saxlayır. Silmək qırmaq deyil, özünü qorumaqdır.

“Görmədiyim yerdə, düşüncəmə də yol tapa bilməz”.

Düşüncəni dəyiş: Onu deyil, səbəbi xatırla

media-inshot_20250722_192523604

Sevgilini deyil, nə üçün ayrıldığınızı xatırla. İnsan bəzən yalnızlığı yanlış təfsir edir: “Onun üçün darıxıram” deyir, əslində isə sadəcə istədiyi qədər sevilmədiyini xatırlayır.

“Səni itirmədim, əslində özümü tapdım”.

Yeni hədəflər, yeni yollar

media-inshot_20250722_191900710

Boşluq hissini yeni məqsədlərlə doldur: bir dil öyrən, idmana başla, bir kursa yazıl. Öz həyatında mərkəzi yerə yenidən səni yerləşdir. Keçmişdə sevgi hissi var idi, indi isə özünə hörmət hissi olsun. Ən yaxşı intiqam – xoşbəxtlikdir. Bunu ona deyil, özünə borclusan

Zaman və səbir – bunlar möcüzədir

media-inshot_20250722_191922369

Heç kim bir gecədə unutmur. Hər şey zamanla baş verir. Bəzən dərman işləyir, bəzən isə sadəcə zaman özü dərman olur. Özünü məcbur etmə, amma ruhunla əməkdaşlıq et. Bir gün ayılacaqsan və artıq içində ağrı yox, rahatlıq olacaq.

“Sevgi keçdi. Mən isə qaldım. Bu, mənim üçün kifayətdir”.

Ləman Sərraf


Bənzər xəbərlər