Kolumbiya ABŞ tərəfindən deportasiya edilən immiqrantları qəbul edəcək
Ağ Ev Kolumbiyanın ABŞ tərəfindən deportasiya edilən mühacirləri daşıyan təyyarələrin ölkəyə enişini qəbul etdiyini açıqlayıb.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, Ağ Evin sözçüsü Karolin Leavitt iki ölkə arasında gərginliyə səbəb olan qeyri-qanuni miqrasiya məsələsi ilə bağlı açıqlama verib. Leavitt bildirib ki, Kolumbiya hökuməti ABŞ prezidenti Donald Trampın ABŞ-a ekstradisiya edilən bütün qeyri-qanuni əcnəbilərin məhdudiyyətsiz və gecikmədən ölkəyə qəbulu ilə bağlı bütün şərtlərini qəbul edib.