Konteyner, yoxsa zibil dağı? Qala qəsəbəsində vəziyyət acınacaqlıdır - VİDEO
Xəzər rayonu, Qala qəsəbəsində zibil konteynerlərinin uzun müddət boşaldılmaması ərazidə xoşagəlməz görüntü yaradıb.
Patrulaz.az-a daxil olan məlumata görə, qəsəbənin 1-ci döngəsində yerləşən tullantı qutuları dolmasına baxmayaraq, onların təmizlənməsi üçün heç bir tədbir görülmür. Nəticədə, məişət tullantıları ətrafa dağılaraq həm antigigiyenik vəziyyət yaradır, həm də ətrafa kəskin iy yayılır.
Əldə olunan görüntülərdə zibil konteynerlərinin dolması səbəbindən sakinlərin tullantıları ətrafa atdığı, bu tullantılar arasında isə heyvan gübrəsi, məişət zibilləri və istifadə olunmuş tikinti materiallarının da olduğu görünür.
Bundan başqa, zibil qutularının yanındakı keçidin də dağıdıldığı bildirilir. Sakinlər vəziyyətin daha da pisləşməməsi üçün Xəzər Rayon Mənzil Kommunal Təsərrüfat Birliyidən dərhal tədbir görülməsini xahiş edirlər.
Gülbəniz Səfərova






