Kremlin sözçüsü Dmitriy Peskov Rusiya qazının Ukrayna üzərindən Avropaya satışının kommersiya məsələsi olduğunu ifadə edərək, Rusiyanən bu ticarəti davam etdirmək istədiyini bildirib.

Patrulaz.az xarici mətbuata istinadən xəbər verir ki, Avropanın Rusiyaya qarşı sanksiyalarının “iki ağızlı qılınc” olduğunu ifadə edən Peskov, avropalıların bu sanksiyalardan zərər gördüyünü bildirib. 

Rus qazının Ukrayna üzərindən Macarıstan və Slovakiyaya daşınması ilə bağlı Avropada keçirilməsi gözlənilən danışıqları dəyərləndirən Peskov, Rusiyanın sözügedən ticarəti davam etdirmək istədiyini dilə gətirib.

Peskov Rusiya qazının ABŞ-dan tədarük edilən maye qazla müqayisədə daha rəqabətli qiymətlərlə avropalı istehlakçılar üçün daha sərfəli olduğunu da vurğulayıb.

Qeyd edək ki, Rusiyanın enerji şirkəti “Qazprom” Ukrayna üzərindən Avropaya təbii qaz nəqlinin müvafiq razılaşmanın müddətinin başa çatması səbəbindən yanvarın 1-dən dayandırıldığı bildirilib.


Bənzər xəbərlər