Külək nə vaxt səngiyəcək? - Sinoptiklərdən açıqlama
İyulun 28-i saat 10:00-a olan faktiki hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Patrul.az-a verilən məlumata görə, hazırda ölkənin bəzi bölgələrində küləkli hava müşahidə olunur. Bir sıra ərazilərdə şimal-qərb küləyi əsir.
Məlumata görə, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 22 m/s, Culfada 21 m/s, Neftçalada 20 m/s, Naftalanda isə 18 m/s təşkil edir.
Sinoptiklərin proqnozuna əsasən, ölkə ərazisində müşahidə olunan küləkli hava şəraiti günün ikinci yarısından etibarən tədricən zəifləyəcək və mülayimləşəcək.






