media-inshot_20260318_174923813

İsrailin hücumu nəticəsində ölən İran Ali Milli Təhlükəsizlik Şurasının baş katibi Əli Laricaninin cəsədi üzüyü vasitəsilə tanınıb.

Patrul.az xəbər verir ki, bu barədə İsrailin “YNet” agentliyi məlumat yayıb.

Tehranın Pərdis rayonunda dağıdılmış evin görüntülərində onun əli və üzüyü əks olunub. İsrail ordusu “Telegram” hesabında paylaşım edərək Laricaninin məhz üzüyü ilə tanındığını iddia edib.

Bu gün Tehrandakı İnqilab meydanında Əli Laricani və eyni hücumlar zamanı öldürülən “Bəsic” qüvvələrinin komandanı Qulamrza Süleymani üçün birgə dəfn mərasimi keçirilir.

Xatırladaq ki, 17 mart gecəsi Laricani qızının evində olarkən hədəfə alınıb. Hücum nəticəsində onunla birlikdə oğlu Morteza Laricani, müavini Əli Bateni və mühafizəçiləri də həlak olublar.

Qeyd edək ki, Laricani 28 fevral 2026-cı ildə ali lider Əli Xameneinin öldürülməsindən sonra İranın faktiki (“de-facto”) rəhbərlərindən biri hesab olunurdu.

media-laricani-nin-yuzugunden-teshis-edildi-iste-19668358_6750_m

Gülbəniz Səfərova


Bənzər xəbərlər