“Latviya Azərbaycanla əməkdaşlığa xüsusi diqqət ayırır” – POLİTOLOQ
“Prezident İlham Əliyevin Davos İqtisadi Forumunda Latviya prezidenti ilə görüşü ikitərəfli siyasi əməkdaşlığın müzakirəsinə həsr olunub. Azərbaycan Baltikyanı ölkələri ilə daim əməkdaşlığa üstünlük verib. Çünki post Sovet ölkələri olaraq bir ittifaqda təmsil olunmuşuq və müəyyən dərəcədə mənəvi bağlılığımız var”.
Bu sözləri “Patrulaz”a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloq bildirib ki, Latviya ilə Azərbaycan arasında iqtisadi-siyasi əlaqələr mövcuddur: “Həmçinin Şərq tərəfdaşlığı fonunda Azərbaycanın Avropaya inteqrasiyasında, beynəlxalq təşkilatlar və Avropa İttifaqında bir çox məsələlərdə Latviyanın dəstəyini müşahidə edə bilərik. Latviya da Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır.
Qərbin Rusiyaya qarşı həyata keçirdiyi sanksiyalar fonunda Latviya enerji təhlükəsizliyinin təmin olunması istiqamətində Azərbaycanla da əməkdaşlığa üstünlük verir. Çünki Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyində mühüm yer tutur. Bu xüsusda da Latviya Azərbaycanla əməkdaşlığa xüsusi diqqət ayırır”.






