media-inshot_20260112_085353437

Türkiyənin “ATV” telekanalında yayımlanan “Kim milyoner olmak ister?” verilişində maraqlı və gözlənilməz an yaşanıb.

Patrul.az xəbər verir ki, “İnter Mayami”nin ulduz futbolçusu Lionel Messinin və portuqaliyalı ulduz Kristiano Ronaldonun da cavab variantları arasında yer aldığı sual yarışma iştirakçısını çaşdırıb.

Tanınmış aktyor Oktay Kaynarcanın aparıcılığı ilə yayımlanan proqramda iştirakçıya belə bir sual ünvanlanıb:

“Təxminən 75 milyon bəyənmə ilə İnstaqrama yüklənmiş bütün şəkillər arasında ən çox bəyənmə toplayan foto hansıdır?”

Cavab variantları arasında Lionel Messinin, Kylie Jennerin, Cristiano Ronaldonun və bir yumurtanın fotosu yer alıb.

Yarışmada iştirak edən qız futbol ulduzları əvəzinə “D” variantı olan yumurtanı seçib. O, qərarını belə əsaslandırıb:

“Bu sualın cavabını bildiyimi düşünürdüm. Bir vaxtlar oxumuşdum ki, yumurta İnstaqramda ən çox bəyənmə toplayan şəkildir. Düzdür, bu, köhnə bir məlumat idi. Əks halda, Kylie Jenner deyərdim”.

Lakin düzgün cavabın Lionel Messi olduğu açıqlananda yarışmaçı təəccübünü gizlədə bilməyib:

“Görünür, məlumatlarım köhnəlib. Yumurta ilə bağlı bir hadisə yadımda qalmışdı və ilk ağlıma gələn də o oldu”,- deyə o, əlavə edib.

Qeyd edək ki, yarışmaçı bu səhv cavaba görə 500 min (20 000 min) TL-lik sualı uduzub və nəticədə yarışmanı 50 min (2 min)  TL mükafatla tərk edib.

Gülbəniz Səfərova


Bənzər xəbərlər