Lotereyada milyonlar qazananların sonları faciə ilə bitdi
ABŞ və Braziliyada lotereya qaliblərinin sevinci faciə ilə nəticələnib.
Patrulaz.az “The Mirror”a istinadən xəbər verir ki, Kentukki ştatında 50 yaşlı Ceyms Fartinq anası üçün aldığı 2 dollarlıq bilet ilə 167,3 milyon dollar “Powerball” cekpotu qazanıb. Bu, ştat tarixində ən böyük uduş hesab olunur.
Qalibin anası Linda Grizzle mətbuata açıqlamasında bu ifadəni işlədib: “Yaxşı Analar Günü olacaq”, – deyərək sevinib.
Lakin ananın sevinci uzun çəkməyib. Cəmi dörd gün sonra onun oğlu oteldə mübahisə zamanı qonağa yumruq atdığı və polisə təpik vurduğu üçün həbs olunub.
Bənzər hadisə Braziliyada da yaşanıb. Antonio Lopes Siqueira adlı mal-qara sahibi dəyəri bir dollardan az olan bilet vasitəsilə 32 milyon dollar qazanaraq ölkənin ən böyük lotereya qaliblərindən biri olub. Lakin o bir neçə həftə sonra diş əməliyyatı zamanı ürək dayanmasından vəfat edib.
Qeyd edək ki, hər iki hadisə həyatın nə qədər dəyişkən və gözlənilməz olduğunu sübut edir. Lotereya qalibiyyəti milyonlarla sevinci gətirsə də, taleyin sınaqları bu sevincin ömrünü qısalda bilər.
Gülbəniz Səfərova