media-inshot_20250922_201943007

Məşhur türkiyəli müğənni Mabel Matizin mahnısı üzrə cinayət işi açılıb.

Patrulaz.az “NTV”yə istinadən xəbər verir ki, sənətçinin “Perperişan” adlı mahnısı ilə bağlı “ədəbsiz hərəkət” maddəsi üzrə araşdırmalara başlanılıb.

İstintaq materiallarında qeyd olunur ki, mahnının məzmunu ailə institutuna zərər vura, uşaqların və gənclərin əqli inkişafına mənfi təsir göstərə, ictimai asayişi poza və cəmiyyətdə narazılıq yarada bilər. Bu səbəbdən də əsərin istifadəsinə qadağa qoyulub.

Mabel Matiz isə məsələ ilə bağlı sosial media hesabında açıqlama verib. O bildirib ki, bütün mahnıları həyatın müxtəlif tərəflərindən ilham alır və reallığı əks etdirir:

“Mahnılarım hər zaman həyatın bir çox sahəsindən ilhamlanıb və həyatın özünü təsvir edib. Hər dinləyici yazı üslubumla yaratdığım əsərdə özünəməxsus mənalar görə bilər. Sənətin və ədəbiyyatın ən gözəl tərəfi də budur”, – deyə müğənni vurğulayıb.

Sənətçi əlavə edib ki, sözügedən mahnı xalq ədəbiyyatı ənənəsinə əsaslanaraq məcazi dillə bir məhəbbət hekayəsini əks etdirir.

Gülbəniz Səfərova


Bənzər xəbərlər