media-inshot_20250815_175525921

Gün boyu gözəl görünmək istəyirsinizsə, makiyajınızın qalıcı olması üçün bir neçə sadə, amma təsirli addımı unutmamalısınız.

Patrulaz.az sizi bu addımlarla tanış edir:

Əvvəlcə dərinizin təmiz və nəmlənmiş olması vacibdir. Makiyajdan öncə istifadə olunan nəmləndirici krem həm məhsulların daha rahat yayılmasını təmin edir, həm də dərini gün ərzində quru və yorğun göstərmir.

İkinci addım makiyaj bazasıdır. Bu məhsul dərinizlə makiyaj arasında qoruyucu təbəqə yaradaraq tonal krem və digər məhsulların axmasının qarşısını alır. Tonal krem seçərkən dərinizin tipinə uyğun, qalıcı formullara üstünlük verin.

Göz makiyajında kölgələrin tez silinməməsi üçün göz qapağına kölgə üçün əsas krem çəkmək çox effektivdir. Kirpik tuşu və dodaq boyasında isə “suya davamlı” seçimlər etmək gün ərzində makiyajınızın pozulmamasına kömək edəcək.

Son toxunuş kimi makiyaj sabitləyici sprey istifadə edin. Bu, bütün makiyajı sabitləyərək sanki “kilidləyir” və gün boyu yenidən düzəliş etmə ehtiyacını minimuma endirir.

Unutmayın ki, qalıcı makiyaj təkcə məhsullardan deyil, hazırlıq mərhələsindən başlayır. Dərinizə düzgün qulluq etsəniz, makiyajınız da gün boyu qalıcı olacaq.

Ləman Sərraf 


Bənzər xəbərlər