media-inshot_20250918_171707778

Fransa Prezidenti Emmanuel Makron və həyat yoldaşı Bricit Makron ABŞ məhkəməsinə müraciət edərək, birinci xanımın qadın olduğunu təsdiqləyən “elmi xarakterli sübutlar” təqdim etməyi planlaşdırır.

Patrulaz.az xəbər verir ki, amerikalı aktivist Candace Owens öz podkastında Bricit Makronun kişi kimi doğulduğunu iddia edib. Bu iddia isə Fransa Prezidenti və həyat yoldaşını qəzəbləndirib. Onlar bundan sonra amerikalı aktivistə qarşı böhtan iddiası qaldıraraq, məhkəməyə iş üzrə sənədlər təqdim edəcəklər.

Dövlət başçısının vəkili Tom Klair açıqlamasında bildirib ki, bu iddialar inanılmaz dərəcədə narahatedicidir və Fransa Prezidentini də yayındırır.

Onun sözlərinə görə, məhkəməyə təqdim olunacaq sənədlər arasında ekspert rəyləri də yer alacaq:

“Əgər vəziyyəti aydınlaşdırmaq və bu məsələni birdəfəlik bağlamaq üçün əlavə narahatlıqlar tələb olunursa, xanım Makron buna hazırdır”.


Bənzər xəbərlər