“Makronun mövqeyi Azərbaycan-Fransa münaqişələri gərginləşdirib” – ŞƏRH
“Beynəlxalq Münasibətlərin Təhlil Mərkəzinin keçirdiyi konfrans kifayət qədər maraqlı idi. Burada əsasən Fransanın Qarabağ konfliktindəki rolu müzakirə olundu. Konfransda azərbaycanlı iştirakçılarla yanaşı, Fransadan da nümayəndələr iştirak edirdilər. Onlar da iki ölkə arasında tarixi əlaqələrin yaxşı olduğunu vurğuladılar”.
Bu sözləri Patrulaz.az-a açıqlamasında siyasi şərhçi Kazım Kazımov deyib.
O bildirib ki, Emmanuel Makronun hakimiyyətə gəlməsindən sonra Fransanın mövqeyi tamamilə dəyişmişdir: “Makron birbaşa olaraq ermənipərəst mövqe sərgiləmiş və bu da Azərbaycanla Fransa arasında münaqişələri gərginləşdirmişdir. Konfrans iştirakçıları da Bakı-Paris əlaqələrinin pisləşməsində birbaşa olaraq Makronun rolu olduğunu vurğuladılar. Lakin Fransa tutduğu yanlış yoldan dönərsə, Bakı-Paris münasibətləri yaxşılaşa bilər”.