Makronun pıçıltısından sonra Meloninin dəyişən mimikası gündəm oldu - FOTO
İtaliyanın Baş naziri Giorgia Meloninin Fransa Prezidenti Emmanuel Makronla söhbət zamanı verdiyi üz reaksiyası G7 sammitinin ən çox müzakirə olunan anlarından birinə çevrilib.
Patrulaz.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb. Bildirilir ki, Giorgia Meloni liderlərlə dəyirmi masa arxasında söhbət zamanı Makronun dediklərini daha yaxşı eşitmək üçün ona doğru əyilib. Lakin Makronun pıçıldadığı sözlər Melonidə elə bir təəssürat yaradıb ki, o, emosiyalarını saxlaya bilməyib və gözlərini bərəldərək üz mimikası ilə reaksiya verib.
Kadrlarda Meloninin gözlərini yumaraq və qaşlarını qaldıraraq təəccübləndiyi əks olunub. Məlumata görə, bu cür tədbirlərdə dövlət rəhbərləri adətən neytral, “poker üzü” ifadəsi saxlamağa çalışsalar da, bu dəfə istisna yaşanıb.
Qeyd edək ki, Yeddilik Qrupu (G7) Böyük Britaniya, Fransa, İtaliya, Kanada, Almaniya, ABŞ və Yaponiyadan ibarətdir. Hazırda Kanadada keçirilən sammitdə liderlər beynəlxalq təhlükəsizlik, iqtisadiyyat və digər aktual məsələləri müzakirə edirlər.
Gülbəniz Səfərova







