media-inshot_20251204_105723507

Alimlər Marsda zamanın fərqli axdığını kəşf ediblər.

Patrul.az xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ Milli Standartlar və Texnologiya İnstitutunun (NIST) alimləri Marsda zamanın Yerə nisbətən daha sürətli keçdiyini ortaya çıxarıb. Yeni araşdırmaya əsasən, Marsda saatlar hər gün orta hesabla 477 mikrosaniyə, yəni saniyənin milyonda biri qədər Yer vaxtından irəlidə gedir.

Qeyd edək ki, Mars günü (sol) Yer günündən təxminən 40 dəqiqə, Mars ili isə 687 Yer günü uzunluğundadır.

Alimlər bildirirlər ki, bu fərqin səbəbi Albert Eynşteynin ümumi nisbilik nəzəriyyəsi ilə izah olunur. Nəzəriyyəyə əsasən, cazibə qüvvəsi nə qədər güclüdürsə, zaman bir o qədər yavaş axır. Marsın cazibə qüvvəsi Yerdən daha zəif olduğuna görə, planetdə zaman daha sürətli keçir. Həmçinin Marsın orbitinin qeyri-sabitliyi də vaxtın axınında əlavə fərqlər yaradır.

Beləliklə, Eynşteynin zamanın cazibə qüvvəsi ilə əlaqəsini izah edən nəzəriyyəsi bu dəfə Marsda praktiki olaraq öz təsdiqini tapmış olur. Aparılan hesablamalar Marsın səthində cazibə qüvvəsinin Yerin cazibə qüvvəsinin təxminən beşdə birinə bərabər olduğunu göstərir.

Mütəxəssislər hesab edirlər ki, bu nəticələr gələcək kosmik missiyalarda vaxtın dəqiq ölçülməsi və naviqasiya sistemləri üçün xüsusi önəm daşıyacaq.

Gülbəniz Səfərova


Bənzər xəbərlər