media-inshot_20250721_101124257

Masallıda 20 yaşlı oğlan faciəli şəkildə ölüb.

Patrulaz.az “Oxu.Az-a istinadla xəbər verir ki, 2005-ci il təvəllüdlü İbad Güloğlan oğlu Əliyev qardaşı Ramin Əliyevlə birlikdə balıq tutmaq üçün yaşadığı evdən təxminən 500 metr məsafədə yerləşən Şərəfə kanalına gedib.

İ.Əliyev balıq tutan zaman ehtiyatsızlıqdan kanala düşüb boğulub. Onun meyiti qardaşı tərəfindən sudan çıxarılıb.

Faktla bağlı Masallı Rayon Prokurorluğunda araşdırma aparılır.


Bənzər xəbərlər