media-cf610f17-b28b-4446-824c-ec060d96c195

Masazır qəsəbəsi, Qurtuluş 93 yaşayış kompleksində yaşayan azyaşlı şəxsin avtoxuliqanlıq etməsi sakinlərin narazılığına səbəb olub.
Şikayətçinin Patrulaz.az-a verdiyi məlumata əsasən “90-ZU-420” dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü olduğu bildirilən şəxs yaşayış ərazisində təhlükəli manevrlər edərək parklanmış avtomobillərə və sakinlərə təhlükə yaradır.
Həmçinin şəxs etdiyi hərəkətləri videoçəkilişə alaraq sosial şəbəkələrdə paylaşıb. Bu cür qanunsuz davranışlar həm yol hərəkəti qaydalarını kobud şəkildə pozur, həm də digər sürücü və piyadalar üçün təhlükə yaradır.
Masazır sakinləri Daxili İşlər Nazirliyindən bu cür hərəkətlərin qarşısının alınmasını xahiş edirlər.

 


Bənzər xəbərlər