Maştağada piyada səkiləri ticarət obyektlərinə çevrilib - Sakinlər narazıdır - VİDEO
Sabunçu rayonunun Maştağa qəsəbəsində piyada səkiləri vətəndaşların təhlükəsiz hərəkəti üçün deyil, sanki kommersiya məqsədləri üçün nəzərdə tutulub.
Patrulaz.az-a daxil olan şikayətlərə əsasən, xüsusilə İcra Nümayəndəliyinin qarşısında yerləşən səkilər uzun müddətdir ki, zəbt olunub və müəyyən şəxslər tərəfindən kirayə verilərək ticarət fəaliyyətinə açılıb.
Sakinlərin sözlərinə görə, piyadaların hərəkət etməli olduğu ərazilər müxtəlif köşklərlə, satış stendləri ilə tutulub. Nəticədə insanlar yolu deyil, artıq avtomobil yolunu istifadə etməyə məcbur qalır ki, bu da ciddi təhlükə yaradır.
“Əgər rəsmi idarənin qarşısında bu cür açıq şəkildə qanunsuzluq baş verirsə, o zaman kimdən nə tələb edək? Səkilər bizimdir, amma biz istifadə edə bilmirik,” – deyə yerli sakinlərdən biri bildirir.
Günay Salayeva