Maykl Ceksonun parlaq corabı rekord qiymətə satıldı - FOTO
Məşhur pop ulduzu Maykl Ceksonun parıldayan corabı Fransada 8000 dollardan çox baha qiymətə satılıb.
Patrulaz.az “France24″ə istinadla xəbər verir ki, əfsanəvi sənətçiyə məxsus bu ikonik aksesuar 1997-ci ildə keçirilmiş “HIStory World Tour” konsertində istifadə olunub.
Məlumata görə, corab Ceksonun Nimes şəhərində baş tutan konsertindən sonra pərdəarxası geyinib-soyunma otağında tapılıb və uzun illər bir kolleksiyaçı tərəfindən qorunub saxlanılıb.
Maraqlıdır ki, bu parıltılı corablar onun səhnə tarixində mühüm yer tutan “Billie Jean” ifası zamanı da diqqət çəkib.
Qeyd edək ki, Maykl Ceksonun səhnə geyimləri və şəxsi əşyaları bu gün də kolleksiyaçılar tərəfindən böyük maraqla qarşılanır və yüksək qiymətlərlə hərraca çıxarılır.

Gülbəniz Səfərova






