media-21872b2b-c6ef-40f8-ae2b-942cbad81514

Aprelin 30-da Səbail rayonunda yerləşən 239 nömrəli tam orta məktəbdə şagirdlər arasında münaqişə baş verib.

Patrulaz.az-ın əldə etdiyi məlumata görə, məktəbin 7-ci sinif şagirdləri arasında baş verən münaqişə bir nəfərin qol və ayaq nahiyəsindən xəsarət alması ilə nəticələnib.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov bildirdi ki, məsələ ilə bağlı ərazi polis orqanına müraciət daxil olub. Araşdırma aparılır.


Bənzər xəbərlər