media-4f710314-c03c-4721-80a5-f648d783fe0b

Bakıda 25 nömrəli tam orta məktəbdə tənəffüs zamanı şagirdlər arasında baş verən insidentlə bağlı yeni faktlar üzə çıxıb.

Patrulaz.az-ın əldə etdiyi məlumata görə, VIII sinif şagirdləri arasında yaranan mübahisə zamanı onlardan biri digərinə yüngül bədən xəsarəti yetirib. Hadisə dərhal nəzarətə götürülüb və xəsarət alan şagirdə tibbi yardım göstərilib.

Əldə olunan məlumata görə, sözügedən məktəbdə artıq bir ildən çoxdur ki, nizam-intizamla bağlı problemlər yaşanır. Bu vəziyyətin əsas səbəbkarı kimi isə direktor vəzifəsini müvəqqəti icra edən Əsgərova Nəzakət göstərilir. Hadisənin baş verdiyi vaxt o, məktəbdə olmayıb və yalnız insidentdən sonra təcili şəkildə məktəbə çağırılıb.

Qeyd edək ki, DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Gülbəniz Səfərova


Bənzər xəbərlər