media-img-20250617-wa0009

İtaliya məktəblərində mobil telefon qadağan edildi.

Patrulaz.az xarici mətbuata istinadən xəbər verir ki, İtaliyanın Təhsil naziri Cüzeppe Valditaranın imzaladığı yeni təlimata əsasən, daha əvvəl yalnız ibtidai sinif şagirdlərini əhatə edən dərs zamanı və ümumilikdə məktəb saatları ərzində mobil telefondan istifadə qadağası, gələn ildən etibarən orta məktəb şagirdlərini də əhatə edəcək şəkildə genişləndiriləcək.

Valditara verdiyi açıqlamada belə deyib:
”Bu müdaxilə təcili görünür. Ağıllı telefonlardan həddindən artıq və ya yanlış istifadənin yeniyetmələrin sağlamlığı, rifahı və məktəb uğurları üzərində yaratdığı mənfi təsirlər, elmi araşdırmalarla da açıq şəkildə ortaya qoyulduğuna görə bu tədbirin daha da təxirə salınması mümkün deyil.”

Yeni təlimata görə, İtaliyada ibtidai sinifdən liseyə qədər məktəblərdə mobil telefondan yalnız istisna hallarda – əlilliyi olan və ya xüsusi öyrənmə çətinliyi yaşayan şagirdlər üçün dəstək vasitəsi olaraq, yaxud əsaslandırılmış şəxsi ehtiyaclara uyğun şəkildə icazə veriləcək.

Eyni zamanda, məktəblərdə mobil telefondan istifadə yalnız tədris proqramı çərçivəsində, informasiya texnologiyaları və telekommunikasiya sahəsinə aid texniki dərslərdə zəruri olduğu hallarda mümkün olacaq.

Ləman Sərraf 


Bənzər xəbərlər