"Mənə bir şey olsa, İranı xəritədən siləcəklər" - Tramp
ABŞ Prezidenti Donald Tramp İran parlamentinin Xamenei ilə bağlı onun ünvanına söylənilən təhdidlərinə cavab verib.
Patrul.az xarici KİV-ə istinadla xəbər verir ki, Tramp İranın ona sui-qəsd etməsi halında bütün ölkəni yer üzündən siləcəyini bildirib:
“Əgər bir şey baş verərsə, bütün ölkə partlayacaq, onlar yer üzündən, xəritədən silinəcəklər. Mən onlara mütləq çox sərt zərbələr endirəcəyəm”.
Xatırladaq ki, İran parlamenti Trampın açıqlamasından əvvəl ABŞ tərəfindən Xameneiyə hücum olunacağı təqdirdə İranın cihad müharibəsinə başlayacağını açıqlamışdı:
“Ali Rəhbərə qarşı hər hansı hücum bütün İslam dünyasına müharibə elan etmək deməkdir və bu halda İslam alimləri tərəfindən cihad fərmanı veriləcək. Dünyanın hər yerində İslam əsgərlərinin cavabı qaçılmaz olacaq”.






