media-img_7841

Mərdəkan Şəhidlər Parkında ucaldılan Azərbaycan bayrağı hazırda baxımsız vəziyyətdədir. Halbuki həmin bayrağın kölgəsində uyuyan şəhidlərimiz bu Vətən, bu torpaq və üçrəngli bayrağımızın daim qürurla dalğalanması naminə canlarından keçiblər.

Patrul.az xəbər verir ki, bu mənzərəni görən hər kəs haqlı olaraq sual edir: aidiyyəti qurumlar, o cümlədən Mərdəkan bələdiyyəsi hara baxır?

Şəhidlərimizin qanı bahasına ucalan müqəddəs dövlət rəmzimizin bu vəziyyətdə qalması yolverilməzdir. Şəhidlərimizin xatirəsinə hörmət yalnız sözlə deyil, əməli addımlarla göstərilməlidir.

Unutmayaq ki, bayraq sadəcə parça deyil. O, dövlətimizin şərəfi, müstəqilliyimizin rəmzi və şəhidlərimizin bizə əmanətidir.


Bənzər xəbərlər