Britaniyalı jurnalistdən qalmaqallı AÇIQLAMA: "Messi nəinki dünyanın, heç Argentinanın da ən yaxşısı deyil"
Məşhur britaniyalı jurnalist Pirs Morqan Lionel Messinin futbol tarixində, hətta Argentina üçün belə ən yaxşı oyunçu olmadığını iddia edib.
Patrulaz.az xəbər verir ki, “Arsenal” azarkeşi kimi tanınan Pirs Morqan sosial şəbəkə hesabında 1989-cu ildə UEFA Kubokunun yarımfinalı çərçivəsində “Napoli”nin “Bavariya” ilə oyunu öncəsi məşq zamanı Dieqo Maradonanın top üzərində etdiyi fəndləri əks etdirən görüntüləri paylaşıb. Videoda Maradona stadionda səslənən “Live Is Life” mahnısının ritminə uyğun olaraq unikal texnikasını nümayiş etdirir.
Morqan görüntülərlə bağlı belə yazıb:
“Brilyantdı. Bu, Messinin nə dünyanın, nə də Argentina tarixinin ən yaxşı futbolçusu olmadığını sübut edir”.
Qeyd edək ki, Pirs Morqan Kriştiano Ronaldonun yaxın dostu və qatı tərəfdarı kimi tanınır.