media-inshot_20250625_141221695

FIFA Klublararası Dünya Kubokunda mübarizə aparan “Real Madrid” klubunun ulduz futbolçusu Kylian Mbappe’nin sağlamlıq durumu ilə bağlı yeni məlumat yayılıb. 

Patrulaz.az xarici mətbuata istinadən xəbər verir ki, turnirin ilk iki oyununda iştirak etməyən fransalı hücumçunun bağırsaq infeksiyası keçirdiyi və bu səbəbdən 5 kiloqram arıqladığı bildirilib.

İspaniyanın “Marca” qəzetinin məlumatına görə, Mbappe mədə və bağırsaq iltihabı səbəbindən bir müddət xəstəxanada müalicə alıb. Xəstəxanadan çıxdıqdan sonra isə yenidən komandanın məşqlərinə qoşulub.

“Real Madrid”in məşqdən paylaşdığı fotolarda Mbappe’nin fiziki görünüşündəki dəyişikliklər diqqət çəkib. İdmançının kilo və əzələ itkisinə məruz qaldığı açıq şəkildə görünür. Klubdan bildirilib ki, fransalı futbolçu tam bərpa olmaq və əvvəlki fiziki formasına qayıtmaq üçün əlavə fərdi məşqlər həyata keçirir.

Mbappe’nin növbəti oyunlarda meydana çıxıb-çıxmayacağı isə həkimlərin nəzarətindən sonra bəlli olacaq.

Ləman Sərraf


Bənzər xəbərlər