media-macron-ve-netanyahu-iran-israil-ateskesini-gorustu-ex7u

Makron və Netanyahu İran–İsrail atəşkəsini və Qəzza böhranını müzakirə ediblər.

Patrulaz.az “Haberglobal”a istinadəm xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron və İsrailin Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı baş tutub. Ölkə başçıları İran-İsrail arasında əldə olunan atəşkəs rejimi və Yaxın Şərqdə davam edən humanitar böhranla bağlı fikir mübadiləsi aparıblar.

Fransa Prezidentinin “X” sosial şəbəkəsində verdiyi açıqlamaya görə, Makron söhbət zamanı İran və İsrail arasında əldə edilən atəşkəsə bütün tərəflərin hörmətlə yanaşmasının vacibliyini vurğulayıb:

“Bizim ortaq məqsədimiz ondan ibarətdir ki, İran heç vaxt nüvə silahı əldə etməməlidir,”– deyə Makron bildirib.

O, eyni zamanda, bu məqsədə çatmaq üçün İranla nüvə və ballistik proqramlara dair danışıqların bərpasını zəruri hesab etdiyini qeyd edib.

Makron əlavə edib:

“Təhlükə altında olan təkcə İsrail deyil, bütün regionun təhlükəsizliyidir”.

Fransa Prezidenti həmçinin Netanyahuya Qəzzada atəşkəsin və mülki əhaliyə humanitar yardımın təmin olunmasının zəruriliyini çatdırıb.

Qeyd edək ki, Makronun Yaxın Şərq üzrə əsas prioritetləri sırasında Qəzza zolağına geniş miqyaslı humanitar yardımın çatdırılması, girovların azad olunması və iki dövlətli həll yolunun təşviqi dayanır.


Bənzər xəbərlər