media-10250ac6-9d0d-418a-bc05-d66aa7360b07

“Nazii.acss” adlı TikTok səhifəsinin vətəndaşları onlayn satış adı ilə aldatdığı iddia edilir.

Patrulaz.az redaksiyasına müraciət edən vətəndaşın iddiasına görə, TikTok sosial platformasında fəaliyyət göstərən “nazii.acss” adlı səhifə müxtəlif əşyaların onlayn satışı adı altında insanları aldadır.

Zərərçəkmiş şəxs bildirir ki, həmin səhifədə 70 manata satılan “domino” məhsulunu görərək almaq qərarına gəlib. Bu məqsədlə səhifənin qeyd etdiyi +994507176664 nömrəsinə yazaraq sifariş verib. Daha sonra vətəndaşa kart nömrəsi göndərilib və o, ödənişi həyata keçirib.

Lakin vəd edilən vaxtda sifarişin çatdırılmaması və heç bir izahat verilməməsi zərərçəkmişi şübhələndirib. O, yenidən eyni nömrəyə müraciət edərək sifarişin alınmadığını və pulu geri qaytarılmasını tələb etdikdə, bu dəfə onun nömrəsi bloklanıb.

Vətəndaş bu kimi halların artdığını qeyd edərək aidiyyəti qurumların məsələyə diqqət yetirməsini istəyir.

Qarşı tərəfin fikrini öyrənmək üçün səhifədə təqdim edilən nömrə ilə əlaqə yaratmağa çalışsaq da nömrəyə zəng çatmadı.

Patrul.az olaraq oxucularımıza tövsiyə edirik ki, onlayn alış-veriş zamanı xüsusilə sosial şəbəkələr üzərindən fəaliyyət göstərən səhifələrlə bağlı daha diqqətli olsunlar, ətraflı araşdırma apardıqdan sonra hər hansı ödəniş həyata keçirsinlər.

media-431059ac-d795-4f9f-aeff-13d4251dd86d media-e4d12c59-ef93-44ec-9008-4eeec2d80c96


Bənzər xəbərlər