Sumqayıtda qoşa xəttin tələbinin pozulması avtoqəza ilə nəticələndi - VİDEO
Sumqayıtda qoşa xəttin tələbinin pozulması avtoqəza ilə nəticələnib.
Patrulaz.az-ın əldə etdiyi məlumata görə, iyunun 24-ü saat 16:20 radələrində Sumqayıt şəhərində, “Nəsimi parkı” adlanan əraziyə yaxın yolda yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə şahidlərinin verdiyi məlumata görə, “Chevrolet Cruze” markalı avtomobilin sürücüsü yüksək sürətlə hərəkət edərək 1.3 nişanlanma xəttinin tələbini pozaraq dönməyə çalışıb. Bu zaman qarşıdan gələn “Jeep” markalı avtomobillə toqquşma baş verib.
“Jeep” markalı nəqliyyat vasitəsində olan 4 nəfərlik ailənin üzvləri xəsarət alsalar da, ölüm faktı qeydə alınmayıb.
Hazırda hadisənin səbəbləri araşdırılır.