İmtahana hazırlıq faciə ilə bitdi - Transformator partlayışı 15 can aldı
Mərkəzi Afrika Respublikasının paytaxtı Banqidə yerləşən Barthelemy Boqanda liseyində baş verən transformator partlayışı nəticəsində yaranan çaxnaşma izdihama səbəb olub, nəticədə azı 15 şagird həyatını itirib, onlarla tələbə isə xəsarət alıb.
Patrulaz.az Xarici KİV-ə istinadən xəbər verir ki, partlayış universitetə qəbul imtahanına hazırlaşan 5300-dən çox tələbənin iştirak etdiyi bir vaxtda baş verib. Transformatorun qəfil partlaması məktəbdə böyük qorxu və panikaya səbəb olub. Partlatış nəticəsində binada yaranan izdiham səbəbi ilə xeyli sayda insan həlak olub.
Mərkəzi Afrika Respublikasının rəsmi şəxsləri hadisəni təsdiqləyərək bildiriblər:
“İndiyədək 15 tələbənin öldüyü, çox sayda yaralının isə xəstəxanalara yerləşdirildiyi məlumdur. Hazırda yaralıların vəziyyəti ilə bağlı tibbi nəzarət davam edir”
Qeyd edək ki, partlayışın səbəbləri ilə bağlı ətraflı araşdırma aparılır. Hadisə ilə əlaqədar istintaq başladılıb və aidiyyəti qurumlar təhlükəsizlik tədbirlərini gücləndirib.