media-retouch_2025062619005222

Moskvada yerləşən ofislərin birində baş verən insident nəticəsində 35 yaşlı qadın ciddi xəsarətlərlə xəstəxanaya yerləşdirilib. 

Patrulaz.az “Baza” telegram kanalına istinadla xəbər verir ki, 49 yaşlı Anna adlı qadın həmkarı Valentina ilə aralarında uzun müddətdir davam edən mübahisə nəticəsində biri digərinin üzünə qaynar su töküb.

Məlumata görə, insident iş saatından sonra baş verib.

Belə ki, 35 yaşlı Valentina kompüter qarşısında qulaqcıqla işləyərkən, Anna çaydanı qaynadaraq stəkanla qaynar suyu onun üzərinə atıb. Bunun ardınca isə əlindəki fincanla Valentinanın başına zərbə endirib.

Valentina ağır vəziyyətdə təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb. Hadisə nəticəsində ona kəllə-beyin travması və termiki yanıq diaqnozu qoyulub.

Qeyd edək ki, hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.

Gülbəniz Səfərova


Bənzər xəbərlər