media-inshot_20250626_214630701

İsrailin keçmiş müdafiə naziri Benni Qantz İranın ali rəhbəri Ayətullah Əli Xameneyinin “X” sosial şəbəkəsində paylaşdığı məlumata sərt reaksiya verib.

Patrulaz.az “Azad İran” telegram kanalına istinadən xəbər verir ki, Əli Xameneyi öz paylaşımında “İslam Respublikası Əl-Udeyd bazasına hücum edərək Amerikanın üzünə sərt sillə vurdu” ifadəsini işlədib.

Buna cavab olaraq Benni Qantz həmin paylaşımı fars dilində sitat gətirərək yazıb:

“Sizə yeraltı gizləndiyiniz yerdən çıxmağınızı və xalqınıza necə məğlubiyyət və zərər verdiyinizi görməyi məsləhət görürəm”.

Qantz paylaşımında həmçinin əlavə edib: “Yalançı Allahın düşmənidir”.

Qeyd edək ki, bu bəyanatlar İsrail və İran arasında gərginliyin davam etdiyi bir dövrə təsadüf edir.


Bənzər xəbərlər