Məşhur fenomen Dilan Polatın mühafizəçisi güllələndi
Türkiyəli sosial media fenomeni Dilan Polatın mühafizəçisi silahlı hücuma məruz qalıb.
Patrulaz.az“HaberTürk”ə istinadən xəbər verir ki, hadisə fenomenin müalicə aldığı xəstəxananın qarşısında baş verib. Polatın Alper adlı şəxsi mühafizəçisi odlu silahla vurulub. O, bədənindən üç güllə yarası alaraq dərhal xəstəxanaya yerləşdirilib və hazırda həkim nəzarətindədir.
Hadisə ilə bağlı sosial şəbəkədə paylaşım edən Dilan Polat paylaşımında bu ifadələri işlədib:
“Mühafizəmə silahla hücum etdilər. Həyatı təhlükədə deyil, deyiləsi o qədər çox şey var ki, onu deyə bilmərəm. Yətirdiyim xəstəxananın düz yanında mühafizəçim Alperə silahla hücum etdilər. Onun həyatı təhlükədə deyil, Allaha şükürlər olsun ki, deyiləsi çox şey var, onu deyə bilmərəm”.
Məlumata görə, iki təcavüzkarın xəstəxana çıxışında atəş açaraq qaçdıqları müəyyən edilib.
Qeyd edək ki, Dilan Polat bir müddətdir müxtəlif ittihamlarla bağlı istintaqa cəlb edildiyi üçün tibbi müşahidə altında saxlanılır. Hücumun motivləri ilə bağlı araşdırma aparılır.






