media-inshot_20250820_231146449

Elm adamları yaşıl çayda və B3 vitaminində olan iki təbii maddənin beyin hüceyrələrini qocalmadan qoruma potensialını üzə çıxarıb.

Patrulaz.az xəbər verir ki, “GeroScience” jurnalında dərc olunan tədqiqata görə, “nikotinamid” (B3 vitamininin bir forması) və yaşıl çayın tərkibindəki “antioksidant epiqallokateşin” qallat beyin hüceyrələrində enerji səviyyəsini bərpa edərək Alzheimer xəstəliyinə səbəb olan zərərli zülal yığılmasının qarşısını alır.

Araşdırmanın aparıcı müəllifi, neyrobioloq Qreqori Brever məsələ barəsində bu ifadələri işlədib:

“İnsanlar yaşlandıqca beyinlərində enerji azalır, bu isə hüceyrələrin özünü təmizləmə qabiliyyətini zəiflədir. Enerji balansını bərpa etməklə biz bu kritik funksiyanı geri qaytara bilirik”.

Qeyd edək ki, alimlər hələlik bu birləşmələrin müalicə vasitəsi kimi ən effektiv tətbiq formasının müəyyənləşdirilməsinə ehtiyac olduğunu bildirirlər. Lakin ilkin nəticələr yaşlanma ilə bağlı idrak zəifləməsinin qarşısını almaq və Alzheimer xəstəliyinə yeni yanaşma tapmaq baxımından ümidverici sayılır.


Bənzər xəbərlər