media-inshot_20260319_115137985

İsveçrədə kurort əyləncəsi faciə ilə nəticələnib.

Patrul.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Titlis dağı istiqamətində hərəkət edən kanat xəttində baş verib.

İlkin araşdırmalara görə, sürəti saatda 80 kilometri ötən şiddətli külək vuruşları sərnişin kabinəsinin trosdan qopmasına səbəb olub.

Yamac aşağı yuvarlanan və dəfələrlə çevrilən kabinənin daxilində olan 61 yaşlı isveçrəli qadın aldığı ağır xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.
Qəza anında bölgədə qasırğa dərəcəli küləyin əsdiyi bildirilir.
Hadisə zamanı kanat xəttində qalan digər 100-ə yaxın sərnişin xilasedicilərin yardımı ilə təhlükəsiz şəkildə təxliyə edilib. Onlar arasında xəsarət alan olmayıb.

Hazırda mütəxəssislər kanat yolunun texniki vəziyyətini və belə bir hava şəraitində sistemin niyə dayandırılmadığını araşdırırlar.

Faktla bağlı İsveçrə hüquq-mühafizə orqanları tərəfindən cinayət işi açılıb, araşdırmalar davam edir.


Bənzər xəbərlər