Məşhur olimpiada saxta çıxdı - VİDEO
Dubayda məktəblilər arasında keçirilən FİSO adlı riyaziyyat olimpiadasının beynəlxalq sertifikat daşımadığı bildirilir.
Patrulaz.az xəbər verir ki, bu barədə valideyn və riyaziyyatçı alim Vəfa Məmmədova məlumat verib.
Onun sözlərinə görə, övladı əvvəlcə Azərbaycanda təşkil olunan FİSO olimpiadasında gümüş medal qazanıb. Daha sonra həmin yarışmanın beynəlxalq mərhələsinin Dubayda keçiriləcəyi və iştirak üçün “Qlobal Olimpiad Center” adlı təhsil mərkəzinə 5000 manat ödənilməsi tələb edilib.
Valideyn bildirir ki, yarışa Azərbaycandan təxminən 200 şagird və onların valideynləri qatılıb. Lakin tədbirin beynəlxalq statusu və rəsmi tanınması ilə bağlı suallar cavabsız qalıb.
Məsələ ilə bağlı qeyd olunan mərkəzin suallara cavab vermədiyi bildirilir.
Təhsil üzrə mütəxəssislər bildirirlər ki, yalnız Nazirlər Kabineti tərəfindən tanınan olimpiadalar rəsmi hesab olunur. Onların fikrincə, bu kimi yarışmalar valideynlər üçün maraqlı görünsə də, əslində müəyyən şəxslərin qazanc məqsədli təşəbbüsləri ola bilər.






