media-inshot_20250919_221953020

Məşhur türkiyəli müğənni Gökhan Özen şəxsi həyatını ilk dəfə ictimaiyyətə açıqlayıb.

Patrulaz.az “NTV”yə istinadən xəbər verir ki, sosial media hesabından paylaşım edən Özen yeni sevgilisi ilə ilk fotosunu izləyiciləri ilə bölüşərək eşq elan edib.

Özen paylaşımında bunları yazıb:

“25 illik sənət karyeram boyunca şəxsi həyatımla diqqət mərkəzində olmamağa üstünlük vermişəm. Bu gün isə ilk dəfə sizinlə paylaşmaq istəyirəm. Media və tabloid mətbuatındakı dostlarımdan xahişim şəxsi həyatıma hörmət göstərmələridir”.

Daha sonra Özen sevgilisinin kimliyini də açıqlayıb:

“Fərziyyəyə ehtiyac yoxdur. Münasibətim olduğunu və sevgilimin kimliyinin media qurumlarında araşdırma mövzusu olduğunu sizinlə paylaşdım. Şayiələrə söykənən xəbərlər yaratmayın. Məndən eşidin, adı Nazdır. O, Türkiyədəki musiqi prodüser şirkətimizdə sosial media meneceri olaraq çalışır. Nə Amerikalı, nə də əcnəbi deyil. Münasibətimi kameralardan uzaqda yaşamağa üstünlük verirəm və buna hörmət edən bütün media dostlarıma təşəkkür edirəm”, – deyə müğənni paylaşımında qeyd edib.

Özenin bu yazısı sosial şəbəkədə qısa zamanda minlərlə bəyənmə və şərh toplayıb.

media-gokhan-ozen-2-a89d

media-gokhan-ozen-1-dccv


Bənzər xəbərlər