media-maxresdefault

Süni intellekt texnologiyalarında qlobal lider sayılan OpenAI, GPT-5 adlı yeni nəsil dil modelini ictimaiyyətə təqdim edib.

Patrulaz.az xəbəf verir ki, ABŞ-nin süni intellekt nəhəngi OpenAI-nin açıqlamasına görə, GPT-5 əvvəlki versiyalara nisbətən daha funksional, az halüsinasiyaya meylli və daha insani mətnlər yarada bilən ən güclü dil modeli hesab olunur. Modelin təqdimatında GPT-5-in təkcə kodlaşdırma deyil, tam interaktiv veb proqramlar, oyunlar və animasiyalar yaratmaq bacarığı nümayiş olunub. Duolingo üçün fransız dili öyrədici platformanın nümunəvi versiyası birbaşa bu model vasitəsilə hazırlanıb.

OpenAI-nin baş direktoru Sem Altman yeni modeli belə xarakterizə edib:

“GPT-4 ilə GPT-5 arasındakı fərq tələbə ilə doktorant arasındakı fərq kimidir. Bu model artıq yalnız cavab vermir, düşünür”.

Qeyd edək ki, GPT-5 versiyası ilə yanaşı, ChatGPT xidmətinə də yeni imkanlar əlavə olunacaq. Gələn həftədən etibarən istifadəçilər Gmail və Google Calendar hesablarını birbaşa çat interfeysindən idarə edə biləcəklər.

Bununla yanaşı, istifadəçi söhbət interfeysinin dizaynını da fərdiləşdirə biləcək.


Bənzər xəbərlər