Millət vəkili: “Azərbaycan Silahlı Qüvvələri regionun təhlüksəzilik qarantına çevrilib”
“107 yaşlı Azərbaycan Silahlı Qüvvələri döyüş meydanında qalib gəlmiş müzəffər ordu kimi tanınır.
İkinci Qarabağ müharibəsi həm də Azərbaycan Silahlı Qüvvələrinin gücünü göstərdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin də söylədiyi kimi, biz XXI əsrin müharibəsini aparmışıq və bu gün artıq sirr deyil ki, dünyanın aparıcı hərbi məktəblərində İkinci Qarabağ müharibəsindəki əməliyyatlarımız, uğurlarımız, Qələbəmiz öyrənilir. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində bir dəfə də geriyə addım atmayıb. Hər gün bizim hərbçilərimiz öz həyatını risk altına ataraq irəli gedirdilər. Müharibə dövründə Ermənistan ordusunda 10 mindən çox fərari olduğu halda Azərbaycan Ordusunda bir dənə də fərari olmayıb. Əksinə, yaralı əsgər və zabitlərimiz döyüş meydanında missiyalarını baş vurmaq üçün tələsirdilər. Məhz bu milli ruh və Silahlı Qüvvələrin gücü Azərbaycanın qələbəsini şərtləndirdi, Azərbaycan ordusunu yeni nəsil müharibənin qalibi etdi”.
Bu fikirləri Patrulaz.az-a açıqlamasında 26 iyun- Silahlı Qüvvələr Gününün tarixi əhəmiyyəti barədə danışan Milli Məclisin deputatı Könül Nurullayeva səsləndirib.
Onun sözlərinə görə, 2023-cü ilin sentyabrında keçirilən uğurlu antiterror əməliyyatı isə ordumuzun şərəfli missiyasını tamamladı:
“Bu müharibə Azərbaycan Ordusu üçün əvəzolunmaz təcrübə oldu. Ulu Öndərin “ordu xalqın bir hissəsidir. Xalqla ordunun birliyi həmişə dövlətin də qüdrətini təmin edir, orduya daha çox güc verir, xalqın da öz ordusuna daha çox etibar etməsinə əsas verir” fikrinin real nəticələrinin şahidi olduq.
İkinci Qarabağ savaşından sonra həm müasir tələbələrə cavab verən silah-sursat, texnikalar alınır, eyni zamanda, yeni silahlı birləşmələr yaradılır. Beləliklə, silahlı qüvvələrimiz daha da təkmilləşməkdədir. Ordu quruculuğu sahəsində son illərdə atılan ardıcıl addımlar müharibədən sonra daha da intensivləşib. Artıq tam yeni mərhələ başlayıb. Yeni nəsil müharibənin qalibi olan ordumuz üçün yeni prioritetlər müəyyənləşib”.
Könül Nurullayeva onu da qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələri üçün yeni hərbi birləşmə forması olan komando birlikləri isə region üçün istənilən mümkün təhlükənin qarşısını almağa hesablanıb:
“2020-ci il 44 günlük Vətən müharibəsində peşəkarlıq, fiziki-mənəvi hazırlıq, vətənpərvərlik, fədakarlıq sayəsində tarixi torpaqlarımızı işğaldan azad edən Azərbaycan Silahlı Qüvvələri bu gün sərhəddə və bütövlükdə bölgədə daha da möhkəmlənir. Bu, regionun gələcək təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edir.
Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanda hərbi sənaye kompleksi də yaradılıb. Ölkəmizdə mindən çox hərbi təyinatlı məhsul istehsal edilir. Dünyanın aparıcı beynəlxalq sərgilərində Azərbaycanın hərbi məhsulları nümayiş olunur. Azərbaycan onlarla ölkəyə hərbi sənaye kompleksinin “Azərbaycan Silahlı Qüvvələri regionun təhlüksəzilik qarantına çevrilib”“Azərbaycan Silahlı Qüvvələri regionun təhlüksəzilik qarantına çevrilib”“Azərbaycan Silahlı Qüvvələri regionun təhlüksəzilik qarantına çevrilib”məhsullarını ixrac edir və ildən-ilə bu coğrafiya genişlənir. Yerli hərbi sənaye kompleksinin yaradılması isə ilk növbədə ölkənin ümumi gücünün göstəricisidir.
Bir sözlə, qalib Azərbaycan ordusu regionun təhlüksəzilik qarantına çevrilib”.
Ləman Sərraf






