media-inshot_20250711_124900985

Mingəçevirdə 65 yaşlı kişi evində ölü tapılıb.

Patrulaz.az “Oxu.Az”a istinadla xəbər verir ki, hadisə iyulun 10-da saat 13 radələrində baş verib. Şəhər sakini, 1960-cı il təvəllüdlü Dünyamin Nazim oğlu Qasımovun meyiti yaşadığı Mingəçevir şəhəri İslamzadə küçəsi, ev 26/5-də tapılıb.

Meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib.

Məlumata görə, D.Qasımov uzun müddət qaraciyər sirrozu və mədə-bağırsaq xəstəliklərindən əziyyət çəkib.

Faktla bağlı araşdırma aparılır.


Bənzər xəbərlər