Misirdə "Axirət Qapısı" adlandırılan yeni arxeoloji tapıntı aşkarlandı
Misirin Saqqara bölgəsində eramızdan əvvəl 22-ci əsrə aid nadir arxeoloji tapıntı aşkarlanıb.
Patrulaz.az Xarici KİV-ə istinadla xəbər verir ki, Qədim bir şahzadənin məzarında “yalançı qapı” adlanan simvolik bir daş konstruksiya üzə çıxarılıb.
Məlumata görə, bu tapıntı Misirin qədim dini inanclarını və axirətə dair təsəvvürlərini ortaya qoyduğu üçün “Axirət qapısı” adlandırılır.
Misir Əntiq Əşyalar Nazirliyinin verdiyi açıqlamaya görə, məzar Userefre adlı şahzadəyə məxsusdur. Əldə edilən məlumatlarda qeyd olunur ki, bu “qapı” real keçid deyil, lakin qədim misirlilərin inancına görə, ölülərin ruhları bu qapı vasitəsilə dirilər aləminə keçərək onlara edilən duaları qəbul edə bilir.
Qeyd edək ki, arxeoloqların fikrincə, bu kəşf təkcə tarixi deyil, həm də dini baxımdan qədim Misir mədəniyyətinə dair mühüm ipucları verir.






