“Misterkera” iddia edir: “Nəcəf Musayev içkili halda maşını vurdu, pulu da vermir” - VİDEO
Sosial şəbəkələrdə “Misterkera” kimi tanınan bloqer Əsgərov Kənan ona məxsus 2020-ci il buraxılışlı Hyundai Elantra markalı avtomobili müqavilə əsasında “Level Rent a Car” şirkətinə təhvil verib. Məlumata görə, şirkət həmin nəqliyyat vasitəsini daxili müqavilə əsasında bir neçə günlük idarə etmək üçün Musayev Nəcəf Seyidağa oğluna kirayə verib.
Bloqer “Misterkera”nın iddiasına əsasən, Musayev Nəcəf içkili halda avtomobili idarə edərkən bir neçə nəqliyyat vasitəsinin iştirakı ilə yol-nəqliyyat hadisəsi törədib. Qəza nəticəsində bloqerə məxsus Hyundai Elantra markalı avtomobilə təxminən 5000 manat məbləğində zərər dəyib.
Əsgərov Kənanın sözlərinə görə, hadisədən sonra Musayev Nəcəf bir neçə dəfə zərərin ödənilməsi ilə bağlı vəd versə də, sonradan bu vədlərinə əməl etməyib və məsuliyyətdən yayınmağa çalışıb. Bloqer bildirir ki, hadisə ilə bağlı zərərin ödənilməsi istiqamətində hüquqi addımlar atmağı planlaşdırır.
Patrulaz.az olaraq məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.






