media-inshot_20250804_181123190

2024-cü ildə Moskva vilayətində yerləşən Crocus City Hall konsert zalında baş verən və 147 nəfərin həyatına son qoyan dəhşətli terror aktı ilə bağlı məhkəmə prosesi davam edir.

Patrulaz.az xəbər verir ki, Moskva Şəhər Məhkəməsində keçirilən proses qapalı rejimdə aparılır. Cinayət işi üzrə ümumilikdə 19 nəfər mühakimə olunur. Onlardan bəziləri təqsirini tam, bəziləri isə qismən etiraf edib. Bəzi şəxslər isə ittihamları tamamilə rədd edir.

Əsas məqamlar:

Rəçabəlizoda Murodəli özünü təqsirli bildiyini deyib və zərərçəkmişlərdən bağışlanmasını istəyib. O, “Xorasan” qruplaşmasının üzvü olduğunu və cihad etdiyini etiraf edib. Bildirib ki, Sayfullo adlı koordinator tərəfindən “iman naminə Ukraynaya yardım” çağırışı ilə bağlı səsli mesaj alıb.

İslamov qardaşları (Əminçon, Əzizbek və digərləri) ittihamları rədd edərək terrorçuları maliyyələşdirmədiklərini bildiriblər. Müstəntiqlərə görə, onlar Qasımovla birlikdə dörd silahlıya mənzil və avtomobil təqdim ediblər. Əminçon bildirib ki, pulu sadəcə arvadının qardaşına köçürüb.

Qasımov da özünü təqsirli bilməyib. O, mənzili kirayə verdiyini, lakin kirayəçilərin terrorçular olduğunu bilmədiyini bildirib.

Həmidov təqsirini qismən etiraf edib. O, pul köçürməsini təsdiqləsə də, bu yardımı maddi durumu zəif olan yetimlər üçün etdiyini düşündüyünü deyib.

Şəribzoda da qismən təqsirli olduğunu deyib. Pulun ehtiyaclılara göndərildiyini düşündüyünü bildirib və heç kəsi cihada çağırmadığını vurğulayıb.

Yusufzoda kart ötürülməsini təsdiqləyib, lakin terror təşkilatı ilə əlaqəsini inkar edib.

Lütfülloi təqsirini qəbul etməyib. Bildirib ki, yalnız pulu almalı idi, lakin başqa heç nədən xəbərsiz olub.

Kurbonov da təqsirini qismən etiraf edib. O, terror aktında iştirak etmədiyini, lakin İsmayılovdan borc alıb sonradan qaytardığını deyib.

Medov isə ittihamları rədd edərək, terror aktına qatılmadığını deyib. Onun sözlərinə görə, o yalnız boş pulemyotlar alıb, lakin onları döyüş silahına çevirdiyini qəbul etmir.

Cəbrayıl Auşev də təqsirini yalnız qismən etiraf edib.

Qeyd edək ki, bu şəxslərin bir hissəsi bilavasitə terror aktında iştirakda, digərləri isə maddi və logistik dəstək verməkdə ittiham olunur.


Bənzər xəbərlər