media-inshot_20250725_185741899

Rusiyada neft məhsullarının daşınması ilə məşğul olan “Railgo” şirkətinin Moskva ofisində hüquq-mühafizə orqanları tərəfindən xüsusi əməliyyat keçirildiyi barədə iddialar yayılıb.

Patrulaz.az xəbər verir ki, bu gün səhər saatlarında paytaxtın Lujniki bölgəsində yerləşən ofisə xüsusi təyinatlı dəstələr və istintaqçılar daxil olub. Bildirilib ki, əməliyyat zamanı sənədlər müsadirə edilib və əməkdaşlara ofisi tərk etməyə icazə verilməyib.

Qeyd edək ki, “Railgo” şirkəti Azərbaycan əsilli iş adamı Rəhman Xəlilova məxsusdur və Qara dəniz vasitəsilə, o cümlədən Azərbaycandan neft məhsullarının daşınması ilə məşğuldur.

Lakin yayılan məlumatlara “Railgo” rəhbərliyindən təkzib gəlib. Şirkət rəsmi şəkildə bəyan edib ki, ofisdə hər hansı axtarış və ya istintaq prosesi aparılmayıb.

Hadisə ilə bağlı rəsmi qurumlardan hələlik açıqlama verilməyib.

Gülbəniz Səfərova


Bənzər xəbərlər