media-inshot_20260406_145847965

Son günlərdə respublika ərazisində fasiləli şəkildə yağışlı hava şəraiti müşahidə edilir.

Təsərrüfatla məşğul olan şəxslər üçün hava şəraitinin dəyişkənliyi narahatlıq yaradır. Əziyyətlə əkib-becərilən məhsulun keyfiyyətinin aşağı düşməsini təbii ki, heç kəs istəməz. Digər tərəfdən, bu, həm də bazara çıxarılacaq meyvə-tərəvəzin satış qiymətlərinə də təsirsiz ötüşməyəcək.

Bəs mövcud vəziyyət yerli bazarlarda qiymətlərə necə təsir edir?

Mövzu ilə bağlı Patrul.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli bildirib ki, son günlər yağıntının artması kənd təsərrüfatına həm müsbət, həm də mənfi təsir göstərə bilər:

“Güclü və fasiləsiz yağışlar bəzi əkin sahələrinin su altında qalmasına, məhsulun zədələnməsinə və ya məhv olmasına səbəb olur. Bu halda bazara çıxarılan məhsulun miqdarı azalır və nəticədə müəyyən məhsulların qiymətində artım müşahidə oluna bilər”.

media-img-20260227-wa0007

Onun sözlərinə görə, digər tərəfdən, yağıntı torpağın rütubətini artırdığı üçün bəzi bitkilərin inkişafına müsbət təsir edə və məhsuldarlığı yüksəldə bilər:

“Əgər ümumi məhsul istehsalında ciddi azalma olmazsa, qiymətlərdə kəskin dəyişiklik baş verməyə də bilər.

Buna görə də yağışların məhsul qiymətlərinə təsiri əsasən zərərin miqyasından, hansı bölgələrin daha çox təsirləndiyindən və bazarda təklifin nə qədər azalmasından asılı olacaq”.

Ləman Sərraf


Bənzər xəbərlər