media-inshot_20260127_222925230

Bazar piştaxtalarında mövsümü olmadığı halda pomidorun bol və ucuz satılması alıcıların diqqətini çəkir. Qış aylarında istixana şəraitində yetişdirildiyi deyilən, bəzən isə mənşəyi tam aydın olmayan pomidorların “1 manat” kimi qiymətlərlə təklif edilməsi təəccüb doğurur. Təbii günəş işığı olmadan, mövsümdənkənar dövrdə yetişən məhsulun bu qədər ucuz başa gəlməsi həm istehsal, həm də satış zənciri ilə bağlı suallar yaradır. Belə olan halda, mövsümü olmadığı halda bazarda pomidorun bu qədər ucuz satılmasının arxasında hansı amillər dayanır?

Bu barədə iqtisadçı Natiq Cəfərli Patrul.az-a açıqlamasında bildirib ki, Rusiyaya ixrac azaldığı üçün pomidor daxili bazarda ucuzlaşıb:

media-img-20260116-wa0100-1

“Çox güman ki, Rusiyaya göndərilən pomidorların həcmində azalma var və bəzi problemlər ortaya çıxıb. Rusiya isə, həmişə olduğu kimi, müəyyən çətinliklər yaradır. Buna görə də məhsulun bir hissəsi daxili bazara yönəldilib və nəticədə pomidorların qiyməti ötən illə müqayisədə qış aylarında, xüsusilə yanvar ayında daha ucuzdur”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər