Müasir tanışlıq dünyasında yeni anlayış: "Shrekking" nə deməkdir?
Son zamanlarda sosial şəbəkələrdə “Shrekking” adlı bir anlayışı ortaya çıxıb.
Patrulaz.az xarici KİV-ə əsasən xəbər verir ki, sosial şəbəkələrdə sürətlə yayılan “Shrekking” anlayışı insanların qismən cazibədar hesab etdikləri şəxslərlə münasibət qurmaq cəhdini ifadə edir.
Adını məşhur “Shrek” cizgi filmindən alan bu anlayışın mahiyyəti belədir:
İnsanlar inanırlar ki, fiziki baxımdan daha göz önündə olmayan partnyor onlara istədikləri kimi dəyər verəcək və münasibətdə qayğı göstərəcəkdir. Lakin psixoloqlar və jurnalistlər xəbərdarlıq edir ki, bu yanaşma hər zaman real həyatda xoşbəxt sonluq gətirmir.
“Shrek” cizgi filimində də olduğu kimi, kobud və eybəcər görünüşlü div (şirek) şəhzadə qızı olan Fionanı çox sevir və ona istədiyi kimi qayğı göstərir. Ona görə də sosial mediada yeni yayılmış sözügedən terminin kobud, amma mülayim xasiyyətli Shrek-in adı ilə eynilik təşkil etməsi təsadüf deyil.
Maraqlıdır ki, “Shrekking” ilə yanaşı, “Shrekked olmaq” termini də geniş yayılıb. Bu ifadə isə daha az cazibədar görünən biri ilə münasibət qurduqda mükəmməl rəftar görəcəyini gözləyən, lakin nəticədə məyus olan insanları təsvir edir.
Qeyd edək ki, TikTok və digər platformalarda bu mövzu ətrafında saysız-hesabsız müzakirələr aparılır.






