Müctəba Xamenei hücumdan necə sağ çıxıb? Qanlı səhərlə bağlı TƏFƏRRÜATLAR
Müctəba Xamenei atası Əli Xameneinin ölümünə səbəb olan raket zərbəsindən çətinliklə xilas olub.
Patrul.az xarici mediaya istinadən xəbər verir ki, o, hücumdan bir neçə dəqiqə əvvəl bağçaya çıxıb və yalnız ayağından xəsarət alıb.
ABŞ-İsrail İrana hücumlarının ilk günündə Müctəba Xameneinin atası Əli Xameneinin ölümünə səbəb olan raket zərbəsindən çətinliklə xilas olduğu məlum olub. Bildirilir ki, hücumdan bir neçə dəqiqə əvvəl bağçaya çıxan Xamenei buna görə də vurulan binada olmayıb.






