media-inshot_20260128_132335234

Son illər təhsil sistemində ən çox müzakirə olunan problemlərdən biri müəllim çatışmazlığıdır. Xüsusilə region məktəblərində bəzi fənlərin tədrisində davamlı boşluqlar yaranır, dərslər ya ixtisasına uyğun olmayan müəllimlər tərəfindən keçirilir, ya da ümumiyyətlə təxirə salınır. Təhsil mütəxəssisləri bildirirlər ki, bu vəziyyət şagirdlərin bilik səviyyəsinə və ümumi təhsil keyfiyyətinə birbaşa təsir göstərir. Bəs müəllim çatışmazlığı ən çox hansı fənlərdə hiss olunur?

Bu barədə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri, Azərbaycan Respublikasının Təhsil İnstitutunun baş metodisti Pərvinə Qədimova Patrul.az -a açıqlamasında bildirib ki, müəllim çatışmazlığı iddialarına baxmayaraq, mövcud ehtiyaclar əsasən Müəllimlərin İşə Qəbulu (MİQ) müsabiqəsi vasitəsilə tənzimlənir:

“Müəllim çatışmazlığı məsələsi cəmiyyətdə bəzən ayrı-ayrı fənlər üzrə kəskin problem kimi təqdim olunsa da, reallıqda bu proses mövcud mexanizmlər çərçivəsində tənzimlənir. Təhsil müəssisələrində yaranan ehtiyaclar ilk növbədə Müəllimlərin İşə Qəbulu (MİQ) müsabiqəsi vasitəsilə qarşılanır və mümkün olan bütün vakansiyalar bu mexanizm üzərindən təmin edilir”.

media-inshot_20260128_131736876

Ekspert vurğulayır ki, gənc müəllimləri regionlara təşviq etmək və ixtisasartırmanı gücləndirmək vacibdir:

“MİQ yolu ilə doldurulması mümkün olmayan hallarda isə tədrisin fasiləsizliyini qorumaq məqsədilə əvəzçilik mexanizmi tətbiq olunur, eyni zamanda uzun illər pedaqoji təcrübəyə malik, yaş həddinə çatmış müəllimlərin cəlb edilməsi praktikasından da istifadə edilir. Bu, xüsusilə regionlarda və tədris ilinin gedişində yaranan operativ ehtiyacların aradan qaldırılmasına xidmət edir. Ümumiyyətlə, müəllim çatışmazlığına yalnız kəmiyyət problemi kimi deyil, keyfiyyət və planlaşdırma məsələsi kimi yanaşmaq vacibdir. Gənc müəllimlərin regionlarda çalışmağa təşviq edilməsi, fənlər üzrə uzunmüddətli ehtiyac proqnozlarının hazırlanması, eləcə də ixtisasartırma və yenidənhazırlanma proqramlarının gücləndirilməsi bu sahədə dayanıqlı həllərin əldə olunmasına mühüm töhfə verə bilər”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər